lars

Hazırda Ermənistanla Rusiyanı (Gürcüstan üzərindən -red) birləşdirən yeganə quru yolu olan “Yuxarı Lars” gömrük-keçid məntəqəsi yük maşınları üçün bağlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilib ki, beynəlxalq əhəmiyyətli Mtsxeta–Stepantsminda–Lars avtomobil yolunun Qudauri–Kobi hissəsində qoşqulu və yarımqoşqulu yük maşınlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Buna səbəb isə çətin hava şəraitinin mövcudluğu göstərilir. Qeyd olunur ki, bu yol minik avtomobilləri üçün açıq qalır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: