694c0b6d7aade694c0b6d7aadf1766591341694c0b6d7aadc694c0b6d7aadd 2

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni il ərəfəsində Yevlax şəhərində yaşayan uşaqlar üçün yeni il tədbiri keçirilib.

Globalinfo.az xəbər verir ki, bayram tədbiri çərçivəsində müxtəlif yaş qruplarına aid olan 30 uşağa velosipedlər, eləcə də təhlükəsizlik ləvazimatları hədiyyə olunub. Bu təşəbbüs balacalara yeni il ərəfəsində xoşbəxtlik və bayram əhval-ruhiyyəsi bəxş edib.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

694c0b6d6be2a694c0b6d6be2b1766591341694c0b6d6be27694c0b6d6be29 CXMslOUUzSGMyJvCVm4VOMzENaYJVaF66nptflta 1200 HEFAjL38GeIyXwiXWasvwHiF9pn3UwFoz87GLWy3 1200 HqWK5j3tJrjl2bZ7GUHtkK8EV5oaAPkmog3vFFQH 1200 IoFAuGdRurf5XPmyQRIBw3NIlIDhIcZuOzV1gBsO 1200 SUPDd5UwASyoLc6cWZZELwrFBtceL9GC3qbrN7ER 1200 ws4ABpnuUKad099HQ4Q2bAQGKkY1VOKEe3uVtJ4Z 1200

Paylaş: