LVWJT3UWTBFN7HGZLGL3TKH4TQ
Rusiya Prezidenti Vladimir Putin deyib ki, “Donbass bizimdir””. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. 

Nəşrin iddiasına görə, Putin Ankoric şəhərində keçirilən Rusiya-ABŞ sammiti zamanı ərazi güzəştinə – mübadiləsinə hazır olduğunu bildirib.

O qeyd edib ki, ukraynalı mütəxəssislər Zaporojye AES-də işləməyə davam edirlər, lakin “indi onların Rusiya pasportları var”.

Bundan başqa, Rusiya lideri Kramatorsk-Konstantinovsk-Slavyansk qovşağının mülkiyyəti məsələsinin müzakirə mövzusu olmadığını vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: