WhatsApp Image 2025 12 25 at 11.14.01

AzərbaycanErmənistan arasındakı münaqişə dəhşətli fəlakətə çevrilə bilərdi”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio ilin yekunları ilə bağlı danışarkən deyib.

O bildirib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sülh bəyannaməsi ilə bunun qarşısı alındı.

ABŞ bir sıra beynəlxalq münaqişələrin qarşısını almağa və onları tənzimləməyə nail olub”, – Rubio bildirib.

ABŞ Dövlət katibi Bakıİrəvan arasında mümkün müharibənin hansı istiqamətdə olacağını açıqlamasa da, söhbətin Zəngəzur dəhlizi uğrunda hərbi toqquşmadan getdiyi ehtimal edilir. Belə ki, rəsmi İrəvan öhdəlik götürməsinə rəğmən, dəhlizi açmaqdan yayınırdı. Lakin 8 avqust bəyannaməsi ilə sözügedən dəhlizin “TRİPP layihəsi” adı altında açılması razılaşdırıldı və münaqişə başa çatdı.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: