zelenski1

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Çinin bəzi kosmik kəşfiyyat subyektlərindən alınan məlumatlar Ukraynanın enerji obyektlərinə zərbələr endirmək üçün istifadə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenkonun məruzəsi əsasında öz sosial şəbəkə hesabında yazıb.

“Rusiyanın Çin daxilində kosmik kəşfiyyat məlumatları təqdim edə biləcək subyektlərlə əlaqələrinin artdığını müşahidə edirik. Təəssüf ki, Çinin peykləri tərəfindən Ukrayna ərazisinin çəkilişi əsasında enerji obyektlərimizə zərbələr endirilir. Bu halları Rusiyaya müharibəni uzatmağa və diplomatik səyləri qeyri-ciddi göstərməyə imkan verən fəaliyyət kimi qiymətləndiririk”, – Zelenski vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: