bezos

“2025-ci ilin ən vulqar geyimini amerikalı milyarder Ceff Bezosun həyat yoldaşı Loren Sançesə aiddir”.

Globalinfo.az xəbər verir ki, bunu biznes etiketi müəllimi Laura Uindsor deyib.

O, xanımın ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindəki geyiminə işarə edib:

“Yanvar ayında “Amazon” qurucusunun arvadı mərasimə ağ rəngli pencəklə qatılıb. Bu, çox vulqar idi və tədbir üçün uyğun deyildi. Sançez diqqəti cəlb etmək üçün əlindən gələni etmişdi”.

Günel Cəlil
Globalinfo.az

Paylaş: