bayden manset

“Atamın əsas uğursuzluqları immiqrasiya siyasəti və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması idi”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden deyib.

“Biz istəmirik ki, bura qanunsuz olaraq gələn immiqrantlar resurslarımızı tükətsinlər və cəmiyyətimizdəki hər hansı bir şəxsdən üstün tutulsunlar”, – deyə o bildirib.

Hanter qoşunların Əfqanıstandan çıxarılması haqda bunları deyib:

“Bunun üçün atamın generallarını, digər insanları da günahlandıra bilərəm, amma Co Bayden həmişə məsuliyyət daşıdığını bilirdi”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: