e2206494 9011 3b1e bc06 643129f30747 825

1985-ci ilin noyabrında Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və ABŞ Prezidenti Ronald Reyqan arasında tarixi görüşün keçirildiyi “Villa Fleur d’Eau” Cenevrədə satışa çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsveçrə mediası məlumat yayıb.

Satıcı əmlakı təxminən 29 milyon ABŞ dollarına satmağı planlaşdırır. Villanın ümumi sahəsi təxminən 1000 kvadratmetrdir və 12 otaqdan ibarətdir.

Hazırkı sahibi villanı 1996-cı ildə 2,4 milyon İsveçrə frankına alıb. Əmlak əvvəllər də hərraca çıxarılıb, lakin alıcı tapılmayıb.

Qeyd edək ki, 19 noyabr 1985-ci ildə məhz bu villada Mixail Qorbaçov və Ronald Reyqan arasında keçirilən danışıqlar gərginliyin azaldılması prosesində həlledici mərhələ kimi tarixə düşüb və Soyuq Müharibənin sona çatmasına ciddi təkan verib. Görüşdən sonra tərəflər nüvə müharibəsinin yolverilməz olduğunu bəyan ediblər və hərbi üstünlük əldə etmək niyyətindən imtina etdiklərini açıqlayıblar.

Gorbaçov ve Reagan'ın tarihi bir görüşme gerçekleştirdiği Cenevre'deki malikane satışa çıkarıldı.

Tahir Turan
Globalinfo.az

Paylaş: