Rusiya Prezidenti Vladimir Putin Hindistanın ingilislər tərəfindən işğalından danışarkən zarafat edib.

Globalinfo.az xəbər verir ki, Putin onların “talamağı sevdiyini” bildirib.

Bu sözləri o, Ermitaj Muzeyinə təşkil olunan ekskursiya zamanı deyib.

Muzeyin bir zalında Böyük Moğol İmperiyası dövrünə aid eksponatlar təqdim olunub. Piotrovski həmin eksponatların Hindistan incəsənətinə aid olduğunu qeyd edib:

“Bu, moğol sənətinin parlaq nümunələridir. Hindistanın zənginliklə dolu dövrü idi. Məhz bu səbəbdən ingilislər Hindistana getdilər. Bütün bu dəbdəbəni, qiymətli daşları gördülər”.

Putin isə zarafatyana, “İngilislər talan etməyi sevdikləri üçün ora yollandılar” deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: