2021 10 21T000154Z 1477973918 RC20EQ9M0KNP RTRMADP 3 NATO RUSSIA pic 32ratio 900x600 900x600 31855 1

NATO 2026-cı ilin yanvar ayında Rumıniyada Ukrayna üçün ikinci ən böyük hərbi texnika koordinasiya və tranzit mərkəzini açmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “defenseromania.ro” saytı  Ukraynaya Təhlükəsizlik Yardımı və Təlim Missiyasının (NSATU) komandir müavini Mayk Kellerə istinadən məlumat yayıb.

Bildirilib ki, yeni logistika mərkəzi birbaşa NATO komandanlığı altında olacaq və ehtiyat təchizat axınını təmin etmək üçün nəzərdə tutulub:

“Məqsəd Polşanın Rzeszov şəhərindəki mövcud mərkəzə təzyiqi azaltmaq və NATO-nun şərq cinahının dayanıqlığını gücləndirməkdir. Mərkəz artilleriya, hava hücumundan müdafiə sistemləri və elektron müharibə avadanlıqları üçün sorğuların emalı üzrə ixtisaslaşacaq”.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: