cajpg 3gGvYPJ kS YIzIbhSVVg

Perunun şimal sahillərində nadir rast gəlinən nəhəng dəniz canlısı sahilə vurub.

Globalinfo.az xəbər verir ki, hadisə Piura bölgəsində, Yacila adlı balıqçı qəsəbəsi yaxınlığında qeydə alınıb. İlkin baxış zamanı sahilə vuran canlının uzunluğunun təxminən 4,5 metr olduğu müəyyən edilib.

Peru Dənizçilik İnstitutu (IMARPE) mütəxəssisləri onun dərin sularda yaşayan və dünyada çox az sayda rast gəlinən nəhəng ağızlı köpəkbalığı (Megachasma pelagios) olduğunu açıqlayıblar.

Mütəxəssislərin bildirdiyinə görə, bu növdən indiyədək dünyada 300-dən az nümunə qeydə alınıb. Canlının cəsədi artıq ciddi dərəcədə çürüdüyü üçün ölüm səbəbini müəyyən etmək mümkün olmayıb və ətraflı tibbi ekspertiza aparılmayıb.

Qeyd edilib ki, bölgədə bu, qısa müddət ərzində qeydə alınan ikinci oxşar hadisədir. Bir müddət əvvəl Talara əyalətinə bağlı Negritos çimərliyində də eyni növdən olan başqa bir nəhəng köpəkbalığı ölü halda tapılmışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: