“Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla dialoq aparmağa hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Makron Putinlə söhbət etməyə hazır olduğunu dedi. Putin də öz növbəsində Makronla dialoq aparmağa hazır olduğunu bildirdi. Yəni qarşılıqlı siyasi iradə varsa, bunu yalnız müsbət qiymətləndirmək olar”, – o bildirib.
Qeyd edək ki, dekabrın 19-da Fransa prezidenti Avropa ölkələri üçün Putinlə dialoqu bərpa etməyin faydalı olacağını bildirib. “Avropa İttifaqı (Aİ) ölkələri yaxın həftələrdə bunun üçün bir yol tapmalıdırlar.
Əliyar Xəlil
Globalinfo.az