Ukrayna Prezidenti Volodimir Zelenski və Portuqaliyanın Baş naziri Luiş Monteneqru Kiyevdə birgə dəniz pilotsuz aparatlarının istehsalı ilə bağlı tərəfdaşlıq sazişi imzalayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski “X” sosial şəbəkəsində məlumat verib.
Ukrayna liderinin sözlərinə görə, bu sənəd Portuqaliya Baş nazirinin Ukraynaya ilk rəsmi səfəri zamanı imzalanıb.
“Bu, hazırda müdafiə sahəsində ən perspektivli istiqamətlərdən biridir. Nəticələrin olması vacibdir. Avropamızın bütün hissələrində istənilən təhlükəyə qarşı mübarizə aparmaq üçün kifayət qədər güc olmalıdır. Müasir dronlar isə bunun üçün real müdafiə vasitəsidir”, – deyə Zelenski bildirib.
Prezident həmçinin ABŞ istehsalı olan silahların alınmasına imkan verən PURL proqramına və Ukraynaya iki il ərzində 90 milyard avro ayrılması ilə bağlı ümumevropa qərarına verdiyi dəstəyə görə Portuqaliyaya təşəkkürünü ifadə edib.
Əliyar Xəlil