saran

“Fənərbaxça” klubunun prezidenti Sadettin Saran sərbəst buraxılıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Saranın prokurorluqdakı dindirilməsi başa çatdıqdan sonra ondan saç və qan nümunələrinin götürülməsi üçün məhkəmə-tibbi ekspertiza qurumuna göndərilib. Prosedurlar tamamlandıqdan sonra o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

***15:26

“Fənərbaxça” prezidenti Sadettin Saran narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində prokurorluqda ifadə verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən başladılan araşdırma çərçivəsində səhər saatlarında İstanbul Ədalət Sarayına gələn Saranın dindirilməsi prosesi başa çatıb.

Məlumata görə, ifadə verdikdən sonra geniş təhlükəsizlik tədbirləri altında məhkəmə binasından çıxarılan klub rəhbəri Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib. Orada Sadettin Sarandan narkotik maddə istifadə edib-etmədiyini müəyyən etmək məqsədilə qan və saç nümunələri götürüləcək.

Qeyd edək ki, ekspertiza prosedurları tamamlandıqdan sonra S. Saranın yenidən məhkəməyə gətiriləcəyi gözlənilir.

Xatırladaq ki, ötən gün klub rəhbərinin evində axtarış aparılmışdı.

Paylaş: