Beyləqanın Tatalılar kəndində 2 yaşlı uşaq kanalizasiya quyusuna düşərək boğulub.

News24.az bədbəxt hadisə nəticəsində həlak olmuş Uğur Elmidar oğlu İmanzadənin fotosunu təqdim edir.

Kanalizasiyaya düşərək ölən azyaşlının fotosu

***14:44

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub.

Globalinfo.az xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı İmanzadə Uğur Elmidar oğlu həyətlərində olan kanalizasiya quyusuna düşüb.

O, boğularaq ölüb.

Faktla bağlı araşdırma başlanıb.

***

Bu gün boğularaq həyatını itirən Uğurun babası Eldar İmanov “Qafqazinfo”ya hadisənin necə baş verdiyindən danışıb:“Həyətdə heyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası heyvanı sulamağa getdi, mən də içəridə danaya yem verməyə keçdim. Sonra anası məndən soruşdu ki, uşaq hanı? Dedim yanında yoxdur? Anası həyətə baxanda görüb ki, suyun üzündədir…”

a
b

Paylaş: