77bc0281383cd44 1

Moldova dron hücumuna görə Ukrayna ilə iki sərhəd məntəqəsini bağlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Sərhəd Polisi məlumat verib.

“Ukraynanın Mayaki-Udobne kəndi yaxınlığındakı Odesa-Reni magistral yolunda körpüyə dronlar dəyib. Bu səbəbdən Palança-Mayaki-Udobne və Tudora-Starokazaçe keçid məntəqələri müvəqqəti olaraq bağlanıb. Vətəndaşlara bu əraziyə səyahət etməkdən çəkinmək və yüksək təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə olunur”, – məlumatda deyilir.

Paylaş: