zelen 1

Ukraynanın NATO-ya üzvlük niyyəti ilə bağlı müddəanı ləğv etmək üçün konstitusiyada dəyişiklik etməyə ehtiyac yoxdur.

Globalinfo.az xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Aİ sammiti çərçivəsində keçirilən mətbuat konfransında səsləndirib.

Zelenskinin sözlərinə görə, konstitusiyanın dəyişdirilməsi məsələsi Ukrayna xalqının səlahiyyətindədir:

“Düzünü desəm, düşünmürəm ki, konstitusiyamızı dəyişdirməliyik. Bu, Ukraynanın konstitusiyasıdır və onunla bağlı qərarı Ukrayna xalqı verməlidir”, – deyə dövlət başçısı qeyd edib.

O həmçinin bildirib ki, ABŞ-ın keçmiş Prezidenti Co Bayden Ukraynadakı münaqişə başlamazdan əvvəl ölkənin NATO-ya qoşulmasının mümkünsüzlüyündən danışıb. Zelenskinin sözlərinə görə, onun bu məsələdəki israrı ABŞ administrasiyasında təbəssümlə qarşılanıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: