Eçmiədzində katolikos II Qareginin tərəfdarları və onun istefasını tələb edənlər mitinqi zamanı gərginliklər yaşanıb.
Globalinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, Eçmiədzində toqquşmalar baş verib.
Ermənistan cəmiyyəti Bütün Ermənilərin Katolikosu II Qareginin tərəfdarları və əleyhdarları arasında bölünüb. Toqquşmalar artıq ilk həbslərlə nəticələnib.
Qeyd edək ki, Katedraldakı ibadət başa çatıb. Ermənistanın Baş naziri Nikol Paşinyanı dəstəkləyən yepiskoplar qısa bir bəyanat verərək binanı tərk ediblər. Lakin vəziyyət gərgin olaraq qalır. Toplaşanlar “Katolikos” şüarlarını səsləndirməyə davam edirlər.
***17:50
Eçmiədzində katolikos II Qareginin tərəfdarları və onun istefasını tələb edənlər eyni anda mitinq keçirir.
Globalinfo.az xəbər verir ki, katolikosun vəzifədən uzaqlaşdırılmasını tələb edənlərlə onu dəstəkləyənləri polis səddi ayırır.
Hər iki tərəf qarşılıqlı olaraq şüarlar səsləndirir.
Ərazidə hökumət nümayəndələri, parlamentin “Hayastan” fraksiyasının deputatları da var.
Əliyar Xəlil
Globalinfo.az
