yadigar muradov 1

Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək.

Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib.

Xatırladaq ki, Şuşa Dövlət Dram Teatrının direktoru Yadigar Muradov uzun sürən xəstəlikdən sonra noyabrın 18-də dünyasını dəyişib. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.

b4ad15db4df14970d5a1d6a5d40b4351 Azad mammadov

Azad Məmmədov

 

Paylaş: