lik

Milli Məclisin deputatı Novruzəli Aslanov  2025-ci il 18 dekabr tarixində növbəti dəfə vətəndaşları qəbul edib.

Globalinfo.az xəbər verir ki, seçicilərlə bu dəfəki görüş millət vəkilinin İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Görüşdə şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qəbula gələn 30 nəfərə yaxın İsmayıllı sakinləri arasında şəhid ailəsinin üzvləri və qazilər də olublar. Səmimi şəraitdə keçən görüş zamanı Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib. Tədbirin gedişində Novruzəli Aslanov İsmayıllı Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərovu 65 illik yubileyi münasibəti ilə təbrik edib.

Sonda  İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə öz səmimi minnətdarlıqlarını bildiriblər.

img 20251218 wa0014img 20251218 wa0013img 20251218 wa0016img 20251218 wa0015img 20251218 wa0018img 20251218 wa0017img 20251218 wa0020img 20251218 wa0019img 20251218 wa0021img 20251218 wa0023img 20251218 wa0025img 20251218 122021img 20251218 122040img 20251218 121937img 20251218 121958

Paylaş: