t 78

Salyanda ağır yol qəzası olub.

Globalinfo.az unikal.az-a istinadla xəbər verir ki, Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində “VAZ” markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeyqəm Kamil oğlu İbrahimov həlak olub.

Bildirilib ki, Z. İbrahimov hərbçi olub. O, Vətən müharibəsində iştirak edib və ağır yaralanıb.

Zeyqəm İbrahimov daha əvvəl sabiq korpus komandiri general-leytenant Mais Bərxudarovun sürücüsü kimi də xidmət edib.

df338f51 6730 42d3 90a8 f933d14160a5

Paylaş: