unlulere uyusturucu operasyonu aleyna tilki danla bilic ve irem sak gozaltinda 1756431 20251218081842 20251218081842

Türkiyədə saxlanılan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki sərbəst buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, türkiyəli məşhurlar tibbi ekspertiza proseduru yekunlaşdıqdan sonra sərbəst buraxılıblar.

***09:30

Türkiyədə bir neçə tanınmış şəxs narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılıb.

Globalinfo.az xəbər verir ki, Aleyna Tilki, Danla Bilic, İrem Sak və Mümine Sena Yıldız nəzarətə götürülüb.

Barəsində saxlanılma qərarı çıxarılan Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlünü ünvanlarında tapmaq mümkün olmayıb. Həmçinin Şevval Şahin, Mert Vidinli və Şeyma Subaşı xaricdə olduqları üçün saxlanıla bilinməyib.

İstanbul Baş Prokurorluğunun 2025/219794 CBS nömrəli istintaq sənədinə əsasən, tanınmış ictimai xadimlərin narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələrin olduğu müəyyən edilib.

Bu çərçivədə, İstanbul İl Jandarma Komandanlığı qrupları tərəfindən 18.12.2025-ci il tarixində Sarıyer rayonu, Eyüp, Şişli, Üsküdar, Bakırköy və Esenyurt (5 ünvan) da daxil olmaqla, cəmi (7) ünvanda axtarış tədbirləri həyata keçirilib və (7) şübhəli şəxs hədəf alınıb”, – deyə bildirilib.

Xatırladaq ki, oktyabr ayında da oxşar əməliyyat keçirilmişdi. Həmin zaman şübhəlilər arasında Dilan Polat, Engin Polat, Kubilay Aka, Kaan Yıldırım, Hadisə Açıkgöz, Berrak Tüzünağaç, Duygu Özaslan, Demet Evgar Babataş, Mutaf, Demet Evqar Babataş, Meriçkin Özgep və Zeynep Özal var idi.

Günel Cəlil
Globalinfo.az

Paylaş: