Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi ilə bağlı bəzi detallar məlum olub.
Globalinfo.az Teleqraf.az-a istinadən xəbər verir ki, 14 yaşlı qız altıncı sinifdən məktəbdən çıxıb. Qızın anası Elnarə Ələsgərovanın sözlərinə görə, onun məktəbdən çıxmasına səbəb maddi sıxıntı üzündən təhsil ala bilməməsidir.
Ananın sözlərinə görə, həmin gün toy mərasimi yox, “Hə” mərasimi keçirilib: “Kafelərdən birində kiçik bir şənlik məclisi qurulub. Övladımı oxuda bilməmişəm, buna imkanımız olmadı”.
Məlumat üçün qeyd edək ki, bu, E.Ələsgərovanın ikinci evliliyidir.
Məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilən şəxs 1992-ci il təvəllüdlü bəyin – Firdovsi Abbasovun atası Fizuli Abbasovdur.