“Bu gün bizim üçün həbsdə nə jurnalist, nə siyasətçi var – yalnız dövlət hakimiyyəti əleyhinə əməllərdə təqsirləndirilən vətəndaşlar var”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
“Qanunun aliliyindən danışanlar isə unutmamalıdırlar ki, qalib müstəqil Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir.
Son amnistiya təşəbbüsü də göstərir ki, Azərbaycan dövləti, Prezidenti öz vətəndaşına, o cümlədən yolunu azmış vətəndaşa da sahib çıxmağı bacarır və kənar saxta hüquq-müdafiə təşəbbüslərinə ehtiyac yoxdur”, – Bəhruz Məhərrəmov bildirib.
Qeyd edək ki, deputat, tanınmış yazıçı Aqil Abbas MM-in iclasında həbsdə olan bəzi jurnalistlərin amnistiya aktına daxil edilməsinə çağırış edib.
Safura Bənnayeva
Globalinfo.az