ilham eliyev 900x552 1

“Yeni il öncəsi Prezident İlham Əliyevin təklif etdiyi amnistiya aktını alqışlayıram, on minlərlə insan sevinəcək”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aqil Abbas deyib.

O təklif edib ki, həmin siyahıya həbsdə olan jurnalistlər də daxil edilsin:

“Doğrudur, onlar müəyyən cinayət törədiblər ki, həbsdədirlər. Amma düşünürəm ki, onların da bu qərardan yararlanması lazımdır.

Həbsdən çıxacaq şəxsləri təbrik edirəm, bir də oraya düşməmələrini arzulayıram”.

Qeyd edək ki, Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: