kojpg FJmSCXkpk06rG2cnCAJwXQ

Los-Anceles ərazisində yerləşən Palos Verdes yarımadası sürətlə okeana doğru sürüşür.

Globalinfo.az xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının (JPL) alimlərinin 2024-cü ilin payızında apardığı müşahidələr göstərib.

Qeyd olunub ki, ərazi həftədə 10 santimetrədək yer dəyişir.

Mütəxəssislərin hesablamalarına əsasən, bu proses eyni templə davam edərsə, yarımada bir il ərzində 5 metrə yaxın çökə bilər. Bu vəziyyət Kaliforniya üçün əlavə risk yaradır, çünki proqnozlara görə, 2050-ci ilə qədər dəniz səviyyəsi 15–37 santimetr yüksələcək.

Alimlər bildirirlər ki, Palos Verdes yarımadasında torpaq sürüşməsi yeni hadisə deyil. Ərazi təxminən 60 ildir geoloji baxımdan qeyri-sabit sayılır. Lakin 2023-cü ildə güclü yağış və 2024-cü ilin yağışlı qışı torpaq hərəkətini kəskin şəkildə sürətləndirib.

Araşdırmalar NASA-nın pilotsuz uçuş aparatlarına quraşdırılmış UAVSAR (Sintetik Apertura Radarı) texnologiyasının dörd uçuşundan əldə edilən məlumatlar əsasında aparılıb. Bu texnologiya torpaq sürüşməsinin sürətini və istiqamətini üçölçülü formada dəqiq ölçməyə imkan verib.

NASA bildirir ki, əldə olunan məlumatlar həm yerli sakinlər, həm mühəndislər, həm də dövlət qurumları üçün həyəcan siqnalıdır. Alimlərin fikrincə, ərazi tamamilə okeana doğru çökməzdən əvvəl təcili tədbirlərin görülməsi vacibdir.

Tahir Turan
Globalinfo.az

Paylaş: