24 23

Almaniya kansleri Fridrix Merz Trampın sülh təşəbbüsü çərçivəsində Ukrayna, ABŞ və Avropa tərəfdaşları arasında ümumi danışıqlar mövqeyinin razılaşdırılmasında ciddi irəliləyiş olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Merzin sözlərinə görə, son iki gün ərzində tərəflər intensiv və məxfi məsləhətləşmələr aparıb, öz yanaşmalarını təqdim edib və bir-birinin mövqeyini diqqətlə dinləyiblər.Kansler bildirib ki, artıq mövqelərin daha da yaxınlaşdırılması mümkün olacaq.

Merz qeyd edib ki, ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı NATO-nun 5-ci maddəsinə bənzər hüquqi öhdəliklər götürməyə hazırdır.

“Bu, irəliləyişdir. Minsk səhvlərini təkrarlamayacağıq, – deyə o əlavə edib.

Eyni zamanda kansler Rusiya tərəfinə katolik Milad bayramında atəşkəs təklif edib:

“Top indi Rusiyanın tərəfindədir. Əgər Moskva 25 dekabr gecəsi atəşi dayandırsa, bu, mühüm addım olacaq”, – Merz vurğulayıb.

Paylaş: