gullu

Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı daha bir detal ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu dəfə ifaçının oğlu diqqət mərkəzindədir.

Belə ki, bu yaxınlarda yayımlanan bir videoda müğənninin oğlu Tuğberk Yağızın pəncərədən evə girdiyi görünüb.

Onun mənzildən dəlil hesab edilə biləcək əşyaları götürdüyü iddia edilir.

“Tuğberkin evdən yaddaş kartı və ya kompüter götürərək potensial olaraq aşkar edilə bilən dəlilləri məhv etdiyi deyilir. Hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib”, – deyə Türkiyə KİV-lərində yazılıb.

Qeyd edək ki, bundan əvvəl müğənninin qızı Tuğyan Ülkem Gülter həbs edilib.

gozler gullunun ogluna cevrildi cami kirarak girdigi evden ne aldi 1755614 202512150954 20251215095436 2

Günel Cəlil
Globalinfo.az

Paylaş: