“Sidneydə terror hücumundan sonra müsəlman qəbiristanlığında donuz başları tapılıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
“Bondi Çimərliyindəki hücumdan sonra qisas aktı olaraq bu addım atılıb”, – deyə bildirilib.
Qeyd edək ki, dekabrın 14-də Sidneydəki Bondi çimərliyində atışma olub. Yeni Cənubi Uels polisinin məlumatına görə, atışma 50 və 24 yaşlarında iki kişi – ata və oğul tərəfindən törədilib. Hücum edənlərdən biri də daxil olmaqla, ən azı 15 nəfər ölüb, daha 60 nəfər yaralanıb. Hücum yerli yəhudi icmasının nümayəndələrinin qatıldığı Hanuka şam yandırma mərasimi zamanı baş verib.
Əliyar Xəlil
Globalinfo.az