b7hefavo messi 625x300 13 December 25

Hindistanın Kəlküttə şəhərində polis argentinalı futbolçu Lionel Messinin iştirak etdiyi və azarkeşlər tərəfindən iğtişaşlarla nəticələnən tədbirin təşkilatçısını saxlayıb.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, şəhərin polis baş müfəttişi Raciv Kumar onun həbs olunduğunu açıqlayıb.

“Əsas təşkilatçı Satadra Duttanı saxladıq. Bu tədbirin düzgün təşkil edilməməsinin cəzasız qalmaması üçün tədbirlər görürük”, – deyə o bildirib.

Kumarın sözlərinə görə, təşkilatçı satılan biletlərin pulunu geri qaytarmaq barədə yazılı öhdəlik götürüb.

***12:29

Argentina millisi və ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messinin Hindistana səfəri böyük narazılıqla qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, Messinin Kəlküttəyə səfəri etiraza səbəb olub.

Məlumata görə, futbolçunun insanlarla görüşəcəyi stadiona 70 min nəfərdən çox fanat toplanıb. Onlar saatlarla gözləyiblər, lakin Messi sadəcə 10 dəqiqə stadionda görünüb, sonra gedib. İnsanlar onu görə bilmədikləri və az qaldığını söyləyərək narazılıq ediblər. Daha sonra gərginlik böyüyüb və stadiona zərər verməyə başlayıblar.

Həmçinin Messinin baş çəkəcəyi Dehli, Mumbay və Əhmədabad şəhərlərində də insanlar küçələrə axışıb. Polis yolların hərəkətini təmin etməkdə çətinlik çəkir. Təhlükəsizlik tədbirləri səbəbindən Messinin burada ucaldılan 21 metrlik heykəlinin açılışına video görüşlə qatılacağı bildirilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: