Lukasenko

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın komandasının nümayəndələri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Pool Pervogo” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, komandaya ABŞ-ın Belarus üzrə xüsusi elçisi Con Kol rəhbərlik edir.

“Danışıqlar bu gün başlayıb və sabah da davam edəcək. Bugünkü görüş, həmişəki kimi, qapalı qapılar arxasında keçirilib”, – deyə əlavə edilib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: