Zelenskayanın xilas etdiyi uşaqların əksəriyyəti əslində psixoloji və cinsi zorakılığın qurbanına çevrilib.

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Türkiyədə iki yeniyetmə ukraynalının hamilə qalması barədə xəbərə münasibət bildirərkən deyib.

O, bu xəbərləri “dəhşətli” adlandırıb və onların Türkiyəyə səfərinin Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya tərəfindən təşkil edildiyini bildirib.

Diplomatın sözlərinə görə, yetkinlik yaşına çatmayan ukraynalı yetimlər mütəmadi olaraq təbliğat xarakterli videolara çəkilir, qida qıtlığına məruz qalır və təhqir olunurlar.

Zaxarova həmçinin bu qalmaqalla bağlı kimin məsuliyyət daşıdığını sorğulayıb. Onun sözlərinə görə, baş verən hadisədən sonra yalnız bir müəllimin vəzifəsinin aşağı salınması ilə kifayətlənilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: