69207c2cd145969207c2cd145a176373662069207c2cd145769207c2cd1458

“Time” jurnalı “İlin adamı”nı seçib. Daha doğrusu, bu dəfə “İlin adamı” bir yox, bir neçə nəfər seçilib.

Globalinfo.az xəbər verir ki, həmin siyahıda süni intellektin memarları hesab olunan şəxslər – “Meta”nın rəhbəri Mark Zukerberq, “X” şirkətinin sahibi İlon Mask, “Nvidia”nın direktoru Jensen Huanq və süni intellektin “xaç anası” kimi tanınan çinli Fei-Fei Li, eləcə də digər şəxslər var.

“Time” jurnalının hər iki üz qabığı süni intellektə həsr olunub, yuxarıda adıçəkilən şəxslərin təsviri verilib.

Xatırladaq ki, ötən il “Time” jurnalı ABŞ Prezidenti Donald Trampı “İlin adamı” seçib.

Paylaş: