WhatsApp Image 2024 11 22 at 13.07.31

NATO-nun baş katibi Mark Rutte Avropa ölkələrini ruslara qarşı mübarizəyə hazırlaşmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Almaniya kansleri Fridrix Merzlə keçirdiyi mətbuat konfransında danışıb.

“Bu istiqamətdə ABŞ-ın da gözləntiləri var. Ruslar bizə hücum etsələr, onlarla döyüşə biləcəyimizə əmin olmaq müdafiə xərclərimizi artırmalıyıq”, – o bildirib.

Dekabrın 11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Rusiya Avropa İttifaqı (Aİ) və NATO ölkələrinə qarşı heç bir aqressiv planının olmadığını yazılı şəkildə bildirməyə hazırdır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: