tutun icki

Azərbaycanda ölkədə istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı təsdiqlənib.

Globalinfo.az bildirir ki, siyahı aşağıdakı kimidir:

Aksiz markası və məcburi nişanlanma tətbiq olunan mallar:

– içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti);

– araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, konyak və konyak materialları, şampan şərabı, likör və likör məmulatları;

– şərab və şərab materialları;

– pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli içkilər, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan).

Məcburi nişanlanmalı olan mallar:

– tütün məmulatları;

– elektron siqaretlər üçün maye;

– istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;

– qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları;

– birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri.

Bu mallar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müsadirə edilərək satıldığı təqdirdə həmin mallara aksiz markası tətbiq edilir.

Paylaş: