photo 2025 03 31 18 02 58

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüş keçirib.

Globalinfo.az xəbər verir ki, tərəflər Cənubi Qafqazda sülh gündəminin irəliləməsi, həmçinin Ermənistanla Almaniya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Görüş zamanı Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlığının genişləndirilməsi məsələləri də gündəmdə olub.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: