eltaczeyn

39 yaşlı fotoqraf Eltac Zeynalovun intihar etməsinin səbəbi açıqlanıb.

Globalinfo.az-ın xəbərinə görə, fotoqrafın əmisi oğlu Səbuhi Zeynalov Axar.az-a açıqlamasında bildirib ki, Eltac Zeynalov 2-ci qrup əlil idi.

“Onun ayağında dəhşətli ağrılar var idi. 17 ildir bu ağrılarla yaşayırdı. Artıq bu ağrılara dözə bilmədi”, – o, intiharın səbəbi haqda danışarkən bildirib.

Qeyd edək ki, Eltac Zeynalov dekabrın 6-da dənizdə boğularaq ölüb. Eltac fiziki məhdudiyyətli insanlarla könüllü iş və təlim, seminarlar təşkil edir və bu mövzu ilə bağlı müxtəlif tədbirlərdə iştirak edirdi.

***11:47

Bakıda 39 yaşlı fotoqraf dənizdə boğularaq ölüb.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltac Rasim oğlu Zeynalovun meyiti dekabrın 6-da Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb.

Onun hansı şəraitdə dənizə düşərək boğulması araşdırılır.

Qeyd edək ki, Eltac Zeynalov fotoqrafdır. O, həm də bir sıra sosial layihələrdə könüllü kimi iştirak edirdi.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

elltlltyyy
eltrtrrr
elttttaaa

Paylaş: