fransa fransiz 1484201

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ABŞ prezidenti Donald Tramp administrasiyasını bəşəriyyətin rifahı naminə Avropa İttifaqını (Aİ) məhv etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, o, bunu X səhifəsində yazıb.

“Yaşasın AB, yaşasın söz azadlığı. Yaşasın azad Fransa!” – deyə yazıb.

O qeyd edib ki, ABŞ yalnız suveren milli dövlətləri tanımalıdır. Filippot Aİ-ni dağıdıcı totalitarizmdə və azadlığa nifrətdə ittiham edib.

“Bütün dünya Aİ-nin dərin faşist mahiyyətini kəşf edir”, – siyasətçi vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: