AFP 20251205 878E9PX v1 HighRes GermanyPoliticsBudgetPensions e1765024725723

Almaniya yaxın zamanda Fələstini müstəqil dövlət kimi tanımağı planlaşdırmır.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz RİA Novosti-yə açıqlamasında bildirib.

Merz deyib ki, qarşıdakı günlərdə, həftələrdə və aylarda proseslərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Onun sözlərinə görə, hazırda əsas prioritet HƏMAS-ın tam tərksilah edilməsidir.

Kansler əlavə edib ki, Fələstin Muxtariyyətinin islahatlara razılıq verməyə hazır olduğuna inanır. Bununla belə, Merz qeyd edib ki, Fələstinin “hələlik müstəqil dövlət kimi tanınması üçün zəruri ilkin şərtlərin hamısına malik olmadığını” düşünür.

“Bu prosesin necə yekunlaşacağını heç kim bilmir”, – deyə Almaniya kansleri vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: