AFP 20251012 78H629E v1 HighRes AfghanistanPakistanUnrest 1760280131

Pakistan ordusu Bəlucistan əyalətində təhlükəsizliyin təmin edilməsi əməliyyatı zamanı 12 terrorçunu məhv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İctimayyətlə Əlaqələr üzrə İdarələrarası Xidmət (ISPR) məlumat yayıb.

Bildirilib ki, məhv edilmiş silahlılar hind qruplaşmalarından birinin üzvləri olublar.

Terrorçulardan silah, döyüş sursatı və partlayıcı maddələr götürülüb.

Paylaş: