6d90241d66 c39713cd 26ca 4975 8f13 536ac62547bd 7

Almaniya Kansleri Mertz İsrailə rəsmi səfər edib.

Globalinfo.az xəbər verir ki, bu, Kanslerin həmin ölkəyə ilk səfəridir.

“Mertsi İsrailə kansler qismində ilk səfəri zamanı salamlamaqdan məmnun oldum. İki ölkə arasındakı əlaqələr pozitiv istiqamətdə inkişaf edir”, – deyə xarici işlər naziri Gideon Saarın ofisinin yaydığı açıqlamada bildirilir.

***20:27

Almaniya Kansleri Fridrix Mertz İordaniya və İsrailə səfərə yola düşüb.

Globalinfo.azAxar.az“a istinadla xəbər verir ki, Kansler bu gün İordaniya Kralı II Abdullah ilə görüşdən sonra İsrailə səfər edəcək.

F.Merz sabah İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, Qəzzada atəşkəsin daha da möhkəmləndirilməsi və digər beynəlxalq məsələlərin müzakirə olunacağın bildirilib.

Kansler, həmçinin Yad Vaşem xatirə kompleksini ziyarət edəcək.

Paylaş: