Mirzoyanın səfəri zamanı Qarabağ məsələsinin müzakirəsindən qaçmaq mümkün olmayacaq.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
“Mirzoyanın Ankara səfəri dövlətlərarası münasibətlərin siyasi xarakterini dəyişə bilərmi? Bu suala cavab o qədər də aydın deyil. Əlbəttə, erməni tərəfinin jestləri Ankarada yaxşı qəbul ediləcək. Onlar Mirzoyan və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında danışıqlar üçün xoş atmosfer də yaradır. Lakin simvolik addımlardan sonra çətin ikitərəfli gündəmə müraciət olunacaq. Burada isə Laçın yolundakı böhran, Qarabağdakı problem, Ermənistan-Azərbaycan münasibətlərindəki vəziyyətdən qaçmaq mümkün olmayacaq. Danışıqlarda emosional-psixoloji iqlimin dəyişməsi vacibdir, amma bununla belə konkret qərarlar olmasa, tərəflərin atdığı addımlar tarixi əhəmiyyət daşımayacaq”, – o bildirib.
İlkin Həsənov
Globalinfo.az