isa hebibbeyli 1

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində böyük ağac aşıb.

Globalinfo.az bildirir ki, Manset.az-ın məlumatına görə, güclü yağışlar nəticəsində ağacın kök hissəsi boşalıb və bu səbəbdən ağac aşıb. Akademiyanın həyətinə giriş bağlanıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibəyli  akademiyaya gəlsə də içəri daxil ola bilməyib və alternativ girişə yönləndirilib.

Hazırda ağacın doğranması və ərazinin təmizlənməsi işləri aparılır.

whatsapp image 2025 12 05 at 110533 1764918807

Paylaş: