stiven uitkoff

Moskva meri Sergey Sobyanin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Rusiya paytaxtı ilə bağlı fikirlərinə cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Moskva 24” telekanalının efirində danışıb.

“Niyə onlar düşünürlər ki, biz tamamilə məzlum, xaraba bir şəhərdə yaşamalıyıq? Bu fikri haradan alırlar?”, – mer bildirib.

Sobyaninin sözlərinə görə, bu, sadəcə olaraq, ABŞ vətəndaşlarının Rusiya paytaxtında vəziyyətlə bağlı məlumatlılıq səviyyəsindən xəbər verir.

Qeyd edək ki, Uitkoff Rusiya lideri Vladimir Putinlə görüşdə Moskvanı “heyrətamiz şəhər” adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: