vb 0

Milli Məclisin deputatı Novruzəli Aslanov  2025-ci il 4 dekabr tarixində İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu dəfəki qəbul millət vəkilinin İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Görüşdə şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Səmimi şəraitdə keçən qəbul zamanı Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli istiqamətində müvafiq addımarın atılacağını bildirib.

Sonda  İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə öz səmimi minnətdarlıqlarını bildiriblər.

img 20251204 wa0016 img 20251204 wa0015 img 20251204 110547 img 20251204 110613 img 20251204 wa0022 img 20251204 wa0021

Paylaş: