mirzoyan cavusoglu

Ermənistan bu çətin günümüzdə bizə dostluq əlini uzatdı, bizimlə həmrəylik nümayiş etdirdi.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı ilə mətbuat konfransı zamanı deyib.

“Cənubi Qafqazda normallaşma prosesi davam edir. Bu gün ortaya qoyduğumuz iş birliyi anlayışının bu məsələyə dəstək verəcəyinə inanıram. Eyni zamanda, Ermənistanın Azərbaycanla münasibətlərinin normalaşması bölgəmizdəki sabitliyə töhfə verəcək”, – o əlavə edib.

***12:53

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyə xarici işlər naziri Ankarada təkbətək görüş keçirir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, təkbətək görüşdən sonra iki tərəf geniş tərkibdə danışıqlar aparacaq, daha sonra nazirlər bəyanatla çıxış edəcəklər.

Daha sonra Ermənistan XİN başçısı Ararat Mirzoyan zəlzələdən ən çox zərər görmüş və ermənistanlı axtarış-xilasetmə qrupunun üzvlərinin fəaliyyət göstərdiyi Adıyaman vilayətinə gedəcək, ərazidə fəaliyyət göstərən ermənistanlı axtarış-xilasetmə qrupunun üzvlərinə baş çəkəcək.

***12:13

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə gəlib.

Globalinfo.az xəbər verir ki, onun təyyarəsi Ankaraya eniş edib.

Qeyd edək ki, Mirzoyanın bu gün Ankarada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü olacaq. Sonra nazirlərin Adıyaman şəhərinə səfəri gözlənilir.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: