putin uitkoff

Moskvada keçirilən danışıqlardan sonra ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov arasında telefon əlaqəsi baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa deyib.

“Bu telefon əlaqəsi təhlükəsizlik baxımından həyata keçirildiyindən, görüşün detalları müzakirə olunmayıb. Bu, həssas bir prosesdir”, – deyə Sıbiqa bildirib.

Bu arada Amerika nümayəndələri Moskvadakı danışıqları sülh prosesi baxımından müsbət qiymətləndiriblər. ABŞ yaxın günlərdə danışıqları davam etdirmək məqsədilə Ukrayna nümayəndə heyətini Vaşinqtona çağırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: