rada52

Ukraynada rus dili hüquqi müdafiədən məhrum edilib.

Globalinfo.az xəbər verir ki, Ukrayna Ali Radası rus dilini “Regional və ya azlıqların dilləri üzrə Avropa Xartiyası”nın tətbiqindən çıxaran qanun layihəsini qəbul edib.

Qanuna edilən dəyişikliklərin lehinə 264 deputat səs verib.

Yeni dəyişikliklərə əsasən, xartiya bundan sonra rus dilinə şamil olunmayacaq. Bununla belə, sənədin müdafiə etdiyi digər dillər — urum, rumey, rom, çex, krımçak, karaim və yidiş dilləri hüquqi müdafiə altında qalır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: