zavodddd

Gəncədə dəyirman zavodu adlanan ərazidə yanğın sönüdürülüb.

***16:13

Gəncədə fəaliyyət göstərməyən dəyirman binasında yanğın başlayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğın tikilinin üçüncü mərtəbəsində başlayıb. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.

Bildirilib ki, zavod uzun müddətdir fəaliyyətsizdir. Lakin binanın bir neçə hissəsi müxtəlif işlər üçün icarəyə verilib.

7ff02681 09f6 4503 b4ac 422c8429eb89
377f83ba 83db 4d78 8e54 9c2a792b2d98

Paylaş: