ABŞ-ın müdafiə naziri Pit Heqset “arzu etdiyi şam yeməyi”ni təsvir edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, amerikalı jurnalist Keti Millerə müsahibəsində deyib.
Heqset bildirib ki, onun “arzu etdiyi şam yeməyi”nin qonaqları ABŞ Prezidenti Donald Tramp, Kremlin rəhbəri Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskidir.
“Bu, sülh naminə olan bir şam yeməyi olardı”, – deyə, o əlavə edib.
Heqset qeyde edib ki, menyuda steyklər və “rus sousu” ilə salat da yer alardı.
Safura Bənnayeva
Globalinfo.az